Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun yanvarın 8-də saat 12:55-də ölüm faktı qeydə alınıb.
Xezerxeber.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur.
Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", məlumatda detyilir.
Qeyd edək ki, Q.Həşimov 3 dekabr 2024-cü il tarixində bədən səthinin 55%-ni əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.
15:06
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə məlumat yayıb.
O, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı.