Xəzər Xəbər

“Qarabağ”a 2 qol vuran gürcüstanlı hücumçu Fransada qarət olunub

İdman | 15:38 • 2 Dekabr 2024
“Qarabağ”a 2 qol vuran gürcüstanlı hücumçu Fransada qarət olunub

Gürcüstan millisinin və Fransanın "Lion" komandasının futbolçusu Jorj Mikautadze qarət olunub.

Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Liqa 1-in XIII turunun "Nitsa" ilə oyunundan (4:1) sonra baş verib.

Evinin qarşısında 24 yaşlı hücumçuya yaxınlaşan iki naməlum şəxs onun bahalı saatını və pulunu alıb. İddiaya görə, cinayətkarlardan birinin üzərində silah olub. Hadisə nəticəsində futbolçu xəsarət almayıb. İnsidentlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Jorj Mikautadze noyabrın 28-də UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirilmiş V tur oyununda (4:1) Ağdam təmsilçisinin qapısına 2 qol vurub.

Xəbər lenti