Xəzər Xəbər

Çempionluq şansı ən yüksək olan yığmalar açıqlanıb

İdman | 13:53 • 22 Noyabr 2024
Çempionluq şansı ən yüksək olan yığmalar açıqlanıb

Məşhur “Goal” nəşri DÇ-2026-da çempionluq şansı ən yüksək olan 16 milli komandanın reytinqini tərtib edib.

Xezerxeber.az xəbər verir ki, siyahının ilk pilləsində İspaniya yığması yer alıb. Son dünya çempionu Argentina seçməsi ikinci sırada qərarlaşıb. İlk “üçlüy”ü isə Almaniya yığması tamamlayıb.

Ümumi sıralama isə aşağıdakı kimidir:

1. İspaniya

2. Argentina

3. Almaniya

4. İngiltərə

5. Fransa

6. Portuqaliya

7. İtaliya

8. Hollandiya

9. Kolumbiya

10. Braziliya

11. Mərakeş

12. Xorvatiya

13. Kanada

14. Belçika

15. ABŞ

16. Meksika

Qeyd edək ki, növbəti dünya çempionatına üç ölkə - ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024