Xəzər Xəbər

Avropa Liqası: "Qarabağ" səfərdə “Budyo-Qlimt”i məğlub etdi

İdman | 23:42 • 7 Noyabr 2024
Avropa Liqası: "Qarabağ" səfərdə “Budyo-Qlimt”i məğlub etdi

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olub. “Aspmüra” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 22-ci dəqiqədə baxımlı qolla Toral Bayramov açıb. Meydan sahibləri 41-ci dəqiqədə tarazlığı bərpa ediblər. Marks Berq fərqlənib. "Qarabağ"ın qələbə qoluna isə 69-cu dəqiqədə Abdullah Zubir imza atıb.

Bu, ağdamlıların Liqa mərhələsində ilk qalibiyyəti olub. "Qarabağ" bundan əvvəl keçirdiyi oyunlarda İngiltərə “Tottenhem”i ilə Niderland “Ayaks”ına 0:3, İsveçin “Malmö” kollektivinə isə 1:2 hesabı ilə uduzub.

Xəbər lenti

Dönər bahalaşacaq VİDEO
19:34 • 7 Noyabr 2024