Azərbaycan mediasında yayılan xəbərlərə görə "Qarabağ"ın futbolçusu Toral Bayramov bu mövsüm "köhlən atlar"ı Türkiyənin "Alanyaspor" klubuna dəyişə bilər.
Bu barədə "Qarabağ" klubunun mətbuat katibi Anar Haciyev bildirib ki, "Alanyaspor"dan belə bir təklif gəlməyib.
"Yayılan xəbərlər həqiqəti əks etdirmir. Toral Bayramovun "Qarabağ" klubu ilə müqavilə müddəti 2026-cı ilədəkdir və futbolçumuz bu müddət ərzində klubun şərəfini qorumağa davam edəcək", - deyə A.Hacıyev bildirib. (oxu.az)