İngiltərənin “Mançester Yunayted” komandası əzəli rəqibi “Mançester Siti”yə qeyri-adi müraciət edib.
Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi “şəhərlilər”dən “Qızıl top” mərasimi üçün Alexandro Qarnaço və Kobbi Mainanı təyyarə ilə Fransanın paytaxtı Paris şəhərinə aparmağı xahiş edib. Lakin təyyarədə boş yer olmadığı üçün bu istək reallaşmayıb.
A.Qarnaço və K. Mainan gənc oyunçu mükafatına namizədlər sırasında yer alıblar.
Qeyd edək ki, “Qızıl top” mərasimi oktyabrın 28-də təşkil olunacaq.