Xəzər Xəbər

PSJ Mbappeyə 55 milyon avro ödəməli olacaq

İdman | 13:55 • 25 Oktyabr 2024
PSJ Mbappeyə 55 milyon avro ödəməli olacaq

Fransa Peşəkar Futbol Liqasının (LFP) Apellyasiya Məhkəməsi PSJ klubunun keçmiş hücumçusu Kilian Mbappeyə olan borcu ilə bağlı hökm çıxaracaq.

Fransa mətbuatı yazır ki, Paris təmsilçisinin 26 yaşlı forvarda 55 milyon avro borcu var. Bu məbləğə ödənilməmiş əməkhaqqı və mükafatlar daxildir.

Fransa təmsilçisinin məhkəmədə futbolçuya uduzacağı gözlənilir.

Qeyd edək ki, Kilian Mbappe bu ilin yayında PSJ-dən ayrılaraq İspaniyanın “Real Madrid” komandası ilə 5 illik müqavilə imzalayıb.

Xəbər lenti

Çox oxunanlar