UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”la Niderlandın “Ayaks” komandası arasında keçiriləcək III tur oyununa təyinatlar açıqlanıb.
Xezerxeber.az xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri Qrem Stüart və Kalum Spens kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristofer Qraham yerinə yetirəcək.
VAR hakimi Kevin Klansi, onun köməkçisi isə Con Biton olacaq.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.