Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start veriləcək.
Xezerxeber.az xəbər verir ki, azarkeşlər 9 oyuna şahidlik edəcəklər.
Gecənin prinsipial matçlarından biri İspaniyada keçiriləcək. “Real Madrid” evdə Almaniyanın “Borussiya” (Dortmund) kollektivini qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Arsenal” (İngiltərə) isə doğma meydanda Ukrayna “Şaxtyor”unu (Donetsk) sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
22 oktyabr
20:45. “Milan” (İtaliya) - “Brügge” (Belçika)
20:45. “Monako” (Fransa) - “Srvena Zvezda” (Serbiya)
23:00. PSJ (Fransa) - PSV (Niderland)
23:00. “Yuventus” (İtaliya) - “Ştutqart” (Almaniya)
23:00. “Aston Villa” (İngiltərə) - “Bolonya” (İtaliya)
23:00. “Jirona” (İspaniya) - “Slovan” (Slovakiya)
23:00. “Şturm” (Avstriya) - “Sportinq” (Portuqaliya)
23:00. “Real Madrid” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)
23:00. "Arsenal" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna)
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin III turuna oktyabrın 23-də yekun vurulacaq.