Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında qol hesabını açıb.
Xezerxeber.az-ın məlumatına görə, qarşılaşma II Bundesliqanın IX turuna təsadüf edib.
Səfərdə "Qroyter Fyurt" kollektivinin qonağı olan "Nürnberq"in heyətində ilk qolu 13-cü dəqiqədə Mahir Emreli vurub.
Hazırda davam edən qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədirlər.