Bir ildir zədəli olan Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının futbolçusu Neymar yaşıl meydanlara geri qayıdır.
Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu artıq kollektivlə birlikdə məşqlərə başlayıb. Onun Asiya Çempionlar Liqasında Birləşmiş Ərən Əmirliklərinin “Əl-Əyn” klubu ilə keçiriləcək matçda meydana çıxacağı gözlənilir. Qarşılaşma oktyabrın 21-də reallaşacaq.
Neymar ötən il oktyabrın 18-də zədələnmişdi. O, “Əl-Hilal” forması ilə indiyədək cəmi 5 matç keçirib.