Xəzər Xəbər

Bu gün daha iki oyun keçiriləcək

İdman | 10:16
Bu gün daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək.

Xezerxeber.az-ın xəbər verir ki, ilk olaraq meydana "Şamaxı" və "Araz-Naxçıvan" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda reallaşacaq görüş saat 15:30-da start götürəcək.

Ev sahibləri 9 turdan sonra 12 xalla 6-cı, qonaqlar isə 17 xalla 3-cü yerdə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" doğma meydanda "Səbail"i qəbul edəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

"Ağ-qaralar" 5 xalla 9-cu, "dənizçilər" isə 7 xalla 7-ci sıradadır.

Ötən gün turun açılış oyununda "Qarabağ" səfərdə "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 20-də oynanılacaq.

Xəbər lenti

Çox oxunanlar