Xəzər Xəbər

Azərbaycan millisi 4-cü oyunu da uduzdu

İdman | 22:22 • 14 Oktyabr 2024
Azərbaycan millisi 4-cü oyunu da

UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçirilir.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan millisi də bu gün növbəti matçına çıxıb.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda Slovakiya ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da, Azərbaycan millisi qrupda keçirdiyi 4 oyunun hamısında məğlub olub.

Slovakiya ilə sentyabrda səfərdə keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan başqa, millimiz qrupda İsveçə (1:3) və Estoniyaya da (1:3) uduzub. Azərbaycan milıisi qrupda xalı olmayan yeganə komandadır.

Qrupun digər oyununda isə Estoniya İsveçi qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

14 oktyabr

UEFA Millətlər Liqası
4-cü tur, C Liqası, I Qrup

20:00. Azərbaycan - Slovakiya - 1:3

Qollar: Rahil Məmmədov, 15-avtoqol (0:1), Toral Bayramov, 37 (1:1), Lukas Haraslin, 75 (1:2), David Duris, 87 (1:3)

Qırmızı vərəqə: Mahir Emreli, 70 (Azərbaycan)

Baş hakim: Rosit Saqqi (Norveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Rubrikanın digər xəbərləri

Azərbaycan millisi 4-cü oyunu da
Azərbaycan millisi 4-cü oyunu da uduzdu
22:22 • 14 Oktyabr 2024
İdmançı intihar edib
İdmançı intihar edib
14:44 • 14 Oktyabr 2024
”Azərreyl” Avropa Kubokunun qalibi
”Azərreyl” Avropa Kubokunun qalibi OLDU
19:05 • 13 Oktyabr 2024
Dünyanın ən bahalı futbolçuları
Dünyanın ən bahalı futbolçuları SİYAHI
10:09 • 12 Oktyabr 2024
Azərbaycan millisinin UEFA Millətlər Liqasında növbəti
Azərbaycan millisinin UEFA Millətlər Liqasında növbəti MƏĞLUBİYYƏTİ
21:51 • 11 Oktyabr 2024

Xəbər lenti