Mərakeş millisinin və İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Nussair Mazraui ürək əməliyyatı keçirib.
Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı oyunçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
O, bu səbəbdən Afrika Millətlər Liqasının seçmə mərhələsində oktyabrın 12-də Mərkəzi Afrika Respublikası yığmasına qarşı qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, bu ilin yayında Almaniyanın “Bavariya” (Münhen) komandasından “Mançester Yunayted”ə keçən Nussair Mazraui 10 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.