Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Xezerxeber.az xəbər verir ki, C Liqasının I qrupunda yer alan yığma 3-cü turda Tallində Estoniya seçməsinin qonağı olacaq.
"Lilleküla" stadionunda oynanılacaq qarşılaşmanı irlandiyalı hakim Rob Harvi idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu qrupun digər matçında Slovakiya millisi doğma meydanda İsveçlə qarşılaşacaq.
Qeyd edək ki, ilk iki turdan sonra aktivində xalı olmayan Azərbaycan yığması 3-cü pillədə qərarlaşıb. Altı xala malik İsveç birinci, Slovakiya ikincidir. Xalı olmayan Estoniya isə qrupun autsayderidir.