Xəzər Xəbər

Rəqibini Ceki Çana bənzədən futbolçu sərt cəzalanıb

İdman | 11:26 • 8 Oktyabr 2024
Rəqibini Ceki Çana bənzədən futbolçu sərt cəzalanıb

Müqavilə ilə İtaliyanın “Komo” komandasına məxsus olan və icarə əsasında B Seriyası təmsilçisi “Çezena”da çıxış edən Marko Kurto 10 oyun cəzalanıb.

Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, buna 26 yaşlının müdafiəçinin bu ilin yayında “Komo”nun heyətində yoldaşlıq görüşü zamanı İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Hi Çan Kvana qarşı etdiyi irqçi davranış səbəb olub. Hadisə İspaniyanın Marbella şəhərində təlim-məşq toplanışı zamanı baş verib. O, rəqibinə honkonqlu kino ulduzu “Ceki Çan” deyə müraciət etdiyi üçün müvafiq cəzaya məruz qalıb. FIFA futbolçunun davranışını irqçilik kimi qiymətləndirib.

Futbolçu cəzasını yarısını bu mövsüm, digər hissəsini isə şərti olaraq iki il müddətinə çəkəcək.

Xəbər lenti

Çox oxunanlar