Xəzər Xəbər

Buzovnada ata və oğlu qonşularını bıçaqladı ÖLƏN VAR

İdman | 08:52
Buzovnada ata və oğlu qonşularını bıçaqladı

Oktyabrın 6-da gecə saat 01:00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Hadisə nəticəsində Q.Məlikov ölüb. Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar