Xəzər Xəbər

Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb

İdman | 10:27
Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.

Xezerxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində Avstriyada “Şturm” və Belçika “Brügge”si arasında keçiriləcək oyunun baş hakimi olacaq.

Referiyə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq.

Oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti

Çox oxunanlar