Xəzər Xəbər

“Qarabağ”ın çempionluq şansı açıqlanıb

İdman | 16:50 • 25 Sentyabr 2024
“Qarabağ”ın çempionluq şansı açıqlanıb

“Football Meets Data” statistika portalı UEFA Avropa Liqasının qalibi olmağa namizəd klubların adlarını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, siyahıda Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da var. Ağdam klubunun 1/8 finala yüksəlmək ehtimalı 35 faiz, 1/4-ə adlamaq ehtimalı 13 faiz, yarımfinala və finala çıxmaq ehtimalı isə müvafiq olaraq 5 və 2 faiz göstərilib.

“Football Meets Data”ya görə, “köhlən atlar”ın Avropa Liqasında çempionluq şansı isə cəmi 1 faizdir.

Turnirin əsas favoriti Portuqaliyanın “Portu” (10 faiz) klubu hesab olunur. İngiltərənin "Tottenhem" və İtaliyanın “Roma” (hər ikisi 9 faiz) komandaları 2-3-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsində mübarizəyə bu gün start veriləcək. “Qarabağ” ilk görüşünü sentyabrın 26-da səfərdə “Tottenhem"ə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti

Çox oxunanlar