Xəzər Xəbər

Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə "Mercedes" pilotu birinci olub YENİLƏNİB

İdman | 13:31 • 14 Sentyabr 2024
Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə "Mercedes" pilotu birinci olub

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

Xezerxeber.az-ın məlumatına görə, ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.

Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari"dən Şarl Lekler birinci olublar.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

12:44

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, mübarizəyə saat 12:30-da start verilib.

Ötən gün ilk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcələri pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

Xəbər lenti

Çox oxunanlar