Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
Xezerxeber.az-ın məlumatına görə, "Uilyams" pilotu Franko Kolapinto uğursuzluqla üzləşib.
Onun idarə etdiyi bolid birinci sərbəst yürüşdə baryerə çırpılıb və nəticədə qırmızı bayraq qaldırılıb.
Kolapintonun avtomobili trasdan çıxarılıb.
Qeyd edək ki, daha əvvəl "Ferrari"dən Şarl Lekler eyni aqibəti yaşayıb.
.Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.