Xəzər Xəbər

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək

İdman | 10:27 • 9 Avqust 2024
Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

Xezerxeber.az xəbər verir ki, turun açılış matçında “Qarabağ” doğma meydanda “Kəpəz”i qəbul edəcək.

“Azərsun Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Rauf Allahverdiyev idarə edəcək.

İlk turda keçirilən matçlarda “Qarabağ” “Araz-Naxçıvan”a, “Zirə” “Səbail”ə 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə bitib.

Xəbər lenti

Çox oxunanlar