Xəzər Xəbər

Azərbaycanın “Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib

İdman | 11:33 • 8 Avqust 2024
Azərbaycanın “Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib

Azərbaycanın “Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov “Paris-2024” Yay Paralimpiya Oyunları öncəsi keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, yarışların açılış mərasimində parataekvondoçu İmaməddin Xəlilov və paraatletika üzrə millinin üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtında Azərbaycan bayrağını daşıyacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar