Xəzər Xəbər

"Paris-2024": Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar

İdman | 09:05 • 8 Avqust 2024
"Paris-2024": Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar

Bu gün Azərbaycanın daha üç idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Xezerxeber.az xəbər verir ki, onlardan ikisi sərbəst güləşçi, biri isə gimnastdır.
Sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kiloqram) və Osman Nurmaqomedov (86 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar.
Bədii gimnast Zöhrə Ağamirova təsnifat mərhələsində top, halqa, lent və gürzlərlə hərəkətlərdə məharətini nümayiş etdirəcək.
Bu gün, həmçinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq.
Hazırda Azərbaycanın aktivində dörd medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov ikinci yeri tutub. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Xəbər lenti

Çox oxunanlar