Xəzər Xəbər

Paris Olimpiadasında azərbaycanlı güləşçilərin qarşılaşması olacaq

İdman | 15:39 • 7 Avqust 2024
Paris Olimpiadasında azərbaycanlı güləşçilərin qarşılaşması olacaq

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, bu, Ukraynanı təmsil edən digər azərbaycanli güləşçisi Pərviz Nəsibov olacaq.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:15-də baş tutacaq.

Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb.

Xəbər lenti