Xəzər Xəbər

Azərbaycan güləşçisi Paris Olimpiadasının yarımfinalına yüksəlib

İdman | 15:12 • 7 Avqust 2024
Azərbaycan güləşçisi Paris Olimpiadasının yarımfinalına yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

Xezerxeber.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn H.Cəfərov yarımfinala vəsiqə qazanıb.

Digər yunan-Roma güləşçimiz Rafiq Hüseynov (92 kiloqram) isə 1/8 finalda macarıstanlı David Loşontsiyə uduzub.

Bu gün, həmçinin Sənan Süleymanov bürünc medal uğrunda görüşdə qırğızıstanlı dünya çempionu Akjol Mahmudovu sınağa çəkəcək.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Xəbər lenti

Çox oxunanlar