Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir.
Xezerxeber.az xəbər verir ki, Azərbaycanın qadın güləşində yeganə təmsilçisi Mariya Stadnik mübarizəyə qoşulub.
50 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 finalda almaniyalı idmançı Anastasiya Blayvasla üz-üzə gəlib.
Mariya rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb.