Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Xezerxeber.az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda kubalı Mixain Lopeslə qarşılaşıb.
Dördqat Olimpiya çempionuna 1:4 hesabı ilə məğlub olan güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq. S.Şəriəti 1/8 finalda estoniyalı Heyki Nabiyə, 1/4 finalda isə qazaxıstanlı Alimxan Sidikova qalib gəlmişdi.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.