Xəzər Xəbər

Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibi bilinəcək

İdman | 12:13 • 5 Avqust 2024
Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibi bilinəcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi üçün püşkatma olacaq.

Xezerxeber.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Ağdam təmsilçisinin “Ludoqorets” (Bolqarıstan) komandası ilə təşkil etdiyi cüt Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.

Çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Srvena Zvezda” (Serbiya)

“Malmö” (İsveç) - PAOK (Yunanıstan)

“Midtullan” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi

“Yanq Boyz” (İsveçrə)

Səpələnməmişlər

“Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi

“Qalatasaray” (Türkiyə)

"Slovan" (Slovakiya) - APOEL (Kipr) cütünün qalibi

“Yagellonya” (Polşa) – “Budyo Qlimt” (Norveç) cütünün qalibi

“Sparta” (Çexiya) – “Styaua” (Rumıniya) cütünün qalibi

Liqa yolu

Səpələnmişlər

“Dinamo” (Kiyev, Ukrayna) - “Reyncers” (Şotlandiya) cütünün qalibi

“Slaviya” (Çexiya) - “Yunion” (Belçika) cütünün qalibi

Səpələnməmişlər

“Lill” (Fransa) – “Fənərbağça” (Türkiyə) cütünün qalibi

“Zaltsburq” (Avstriya) - “Tvente” (Niderland) cütünün qalibi

Qeyd edək ki, pley-off görüşləri avqustun 20-21-i və 27-28-də oynanılacaq.

Xəbər lenti