Xəzər Xəbər

Azərbaycan Premyer Liqasında növbəti oyunlar başlayır

İdman | 10:50 • 3 Avqust 2024
Azərbaycan Premyer Liqasında növbəti oyunlar başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyunlar baş tutacaq.

Xezerxeber.az xəbər verir ki, birinci turun ikinci qarşılaşmasında “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. “Neftçi Arena”da oynanılacaq görüş saat 18:30-da start götürəcək.

Bu oyun, həmçinin Roman Qriqorçukun “Neftçi”də, Kurban Berdıyevin isə “Turan Tovuz”da baş məşqçi kimi ilk rəsmi oyunları olacaq.

Günün ikinci matçında “Sumqayıt” “Kəpəz”i sınağa çəkəcək. Mehdi Hüseynzadə adına stadionda reallaşacaq qarşılaşma 20:45-də başlayacaq.

Ötən gün mövsümün açılış oyununda “Qarabağ” komandası “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun digər oyunları avqustun 4-də keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar