Xəzər Xəbər

Azərbaycan cüdoçusu Olimpiya Oyunlarının yarımfinalında

İdman | 14:30 • 1 Avqust 2024
Azərbaycan cüdoçusu Olimpiya Oyunlarının yarımfinalında

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Xezerxeber.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu bu raundda İsrail təmsilçisi Peter Palçiklə qarşılaşıb.

Rəqibini vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb.

13:30

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Xezerxeber.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən son dünya çempionu 1/8 finalda polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Z.Kotsoyev 1/4 finala yüksəlib.

Qeyd edək ki, Paris olimpiadasında Azərbaycanın aktivində hələlik bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Xəbər lenti