Xəzər Xəbər

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın rəqibi məlum olacaq

İdman | 13:12 • 31 İyul 2024
Çempionlar Liqası: Bu gün “Qarabağ”ın rəqibi məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Xezerxeber.az xəbər verir ki, “Qarabağ”ın turnirdəki potensial rəqibləri “Ludaqorets” (Bolqarıstan) və “Dinamo” (Minsk, Belarus) komandaları cavab oyununda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Komandalar arasında ilk matç “Ludaqorets”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçları avqustun 6-7-də, cavab qarşılaşmaları isə avqustun 13-də baş tutacaq.

Xəbər lenti