Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Xezerxeber.az xəbər verir ki Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb. Ağdam klubu Bakıda Cəbəllütariq “Linkoln”u ilə üz-üzə gəlib və 5:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.
İlk görüşdə Qurban Qurbanovun komandası səfərdə 2:0 hesablı qələbə qazanmışdı.
"Qarabağ" bu gün mərhələni keçməklə ən azı Konfrans Liqasının qrup mərhələsini təmin edib.
"Qarabağ" üçüncü turda “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq) - 5:0
Qollar: Olavio Juninyo, 17, 31, 44, Yassin Benzia, 66, Leandro Andrade, 72
Baş hakim: Yakob Sandberq (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 2:0