Xəzər Xəbər

“Paris-2024”: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb

İdman | 14:19 • 30 İyul 2024
“Paris-2024”: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Xezerxeber.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda fransalı Umar Alfa Djalo ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Z.Tçkayev mübarizəni dayandırıb.

Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Xəbər lenti

Çox oxunanlar