"Paris-2024" Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Xezerxeberaz xəbər verir ki, Sena çayı sahilində olunan tədbir minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkəti ilə başlayıb.
Daha sonra Paris Olimpiadasına həsr olunmuş maraqlı videoçarx nümayiş etdirilib, Sena çayının üzərindəki körpüdə atəşfəşanlıq və su şousu olub. Ardınca Olimpiada iştirakçısı olan ölkələrin rəsmi paradı baş tutub. Azərbaycan komandası paradda 16-cı sırada yer alıb. Ölkəmizin bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandırıblar. Olimpiya Oyunlarının vətəni hesab olunan Yunanıstan yığması parada birinci, Fransa isə ev sahibi ölkə kimi sonuncu çıxıb.
Bədii hissədən və rəsmi çıxışlardan sonra Fransa prezidenti Emmanuel Makron Oyunları açıq elan edib.
Sonda isə Olimpiya məşəli alovlandırılıb. Məşəli fransalı məşhur cüdoçu Teddi Riner və atlet Mari-Joze Perek yandırıblar. Hava şarı formasında olan məşəl daha sonra Paris səmasına buraxılıb.
Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
Bədii gimnastika
Zöhrə Ağamirova
Qrup hərəkətləri komandası
Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina
Batut gimnastikası
Selcan Mahsudova
Sərbəst güləş
Əliabbas Rzazadə (57 kiloqram)
Hacı Əliyev (65 kiloqram)
Turan Bayramov (74 kiloqram)
Osman Nurmaqomedov (86 kiloqram)
Maqomedxan Maqomedov (97 kiloqram)
Giorgi Meşvildişvili (125 kiloqram)
Yunan-Roma güləşi
Murad Məmmədov (60 kiloqram)
Həsrət Cəfərov (67 kiloqram)
Sənan Süleymanov (77 kiloqram)
Rafiq Hüseynov (87 kiloqram)
Sabah Şəriəti (130 kiloqram)
Qadın güləşi
Mariya Stadnik (50 kiloqram)
Atletika
Anna Skidan (çəkicatma)
Boks
Nicat Hüseynov (51 kiloqram)
Malik Həsənov (63,5 kiloqram)
Murad Allahverdiyev (80 kiloqram)
Alfonso Dominges (92 kiloqram)
Məhəmməd Abdullayev (+92 kiloqram)
Taekvondo
Qaşım Maqomedov (58 kiloqram)
Atıcılıq
Ruslan Lunyov (10 metr, pnevmatik tapança)
Basketbolun 3x3 növü
Qadınlardan ibarət Azərbaycan millisi
Avarçəkmə
Diana Dımçenko, (2000 metr, akademik avarçəkmə)
Triatlon
Rostislav Pevtsov
Qılıncoynatma
Anna Başta, (sablya)
Kamandan oxatma
Yaylagül Ramazanova
Üzgüçülük
Qadınlar
Məryəm Şeyxəlizadəxangah
Kişilər
Ramil Vəlizadə
Cüdo
Kişilər
Balabəy Ağayev (60 kiloqram)
Yaşar Nəcəfov (66 kiloqram)
Hidayət Heydərov(73 kiloqram
Zelim Tçkayev (81 kiloqram)
Elcan Hacıyev (90 kiloqram)
Zelim Kotsoyev (100 kiloqram)
Uşanqi Kokauri (+100 kiloqram)
Qadınlar
Leyla Əliyeva (48 kiloqram)
Gültac Məmmədəliyeva (52 kiloqram)
Avqustun 11-dək davam edəcək Paris Olimpiadasında 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.