Xəzər Xəbər

Azərbaycan basketbol millisi Ermənistanı məğlub edərək yarımfinala yüksəlib

İdman | 08:07 • 26 İyul 2024
Azərbaycan basketbol millisi Ermənistanı məğlub edərək yarımfinala yüksəlib

Azərbaycan basketbol millisi Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən Avropa çempionatının “C” divizionunda son qrup oyununa çıxıb.

Xezerxeber.az xəbər verir ki, B qrupunda qərarlaşmış yığmamızın rəqibi Ermənistan seçməsi olub. Görüş milli komandanın 76-69 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu Azərbaycan kollektivinin üzvü Derin Berköz (18 xal, 5 asist) seçilib. Yığma bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.

Xəbər lenti