UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Xezerxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandasına məğlub olarsa, Avropa Liqasının III raundunda "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə avqustun 15-də keçiriləcək.