UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq “Qarabağ” Cəbəllütariqə yollanıb.
Klubdan Xezerxeber.az-a verilən məlumata görə, Ağdam təmsilçisi səfərə çarter reysi ilə yola düşüb.
“Qarabağ” Bakı vaxtı ilə saat 19:30-da oyunöncəsi son məşqinə çıxacaq.
Azərbaycan çempionunun heyətində üç futbolçu qarşılaşmada iştirak etməyəcək. Amin Ramazanov və Musa Qurbanlı zədə, Elvin Cəfərquliyev isə cəza səbəbindən görüşü buraxacaqlar.
Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln”–“Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komanda görüşdən sonra Vətənə qayıdacaq.