Xəzər Xəbər

Mbappenin "Real" ilə bağladığı müqavilənin detalları məlum olub

İdman | 18:10 • 17 İyul 2024
Mbappenin "Real" ilə bağladığı müqavilənin detalları məlum olub

Kilian Mbappenin İspaniyanın "Real" (Madrid) klubu ilə bağladığı müqavilənin maliyyə detalları məlum olub.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, fransalı ulduz futbolçu "Kral klubu"nun tarixində ən çox maaş alan oyunçu olacaq.

25 yaşlı hücumçunun qazancı vergilər də nəzərə alınmaqla bir mövsüm üçün 15 milyon avro təşkil edəcək. Eyni zamanda, imic hüquqlarının 60-80 %-i forvardda qalacaq.

Mbappe imza pulu olaraq 100-115 milyon avro qazanacaq. Bu məbləğ ona 5 il ərzində ödəniləcək.

"Qızıl top" və klubla titullar əldə etməsi forvarda əlavə bonuslar qazandıracaq.

Qeyd edək ki, K.Mbappe "Real" ilə 5 illik sözləşmə imzalayıb.

Xəbər lenti