Xəzər Xəbər

Britaniyalı səyyah Xəzər dənizini üzərək keçmək istəyir

İdman | 16:00 • 16 İyul 2024
Britaniyalı səyyah Xəzər dənizini üzərək keçmək istəyir

Britaniyalı səyyah Karl Buşbi Xəzər dənizində üzərək Qazaxıstandan Azərbaycana qədər olan 300 kilometrlik məsafəni qət etməyi planlaşdırır.

Xezerxeber.az BBC-yə istinadla xəbər verir ki, britaniyalı bu planının həyata keçirilməsinə avqustun ortalarında başlamağı nəzərdə tutur. Onun sözlərinə görə, bu qərar Qərblə siyasi gərginlik səbəbindən Rusiya və ya İrandan keçə bilməməsi ilə bağlıdır.

Britaniyalı bildirib ki, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizindən indiyədək heç kim üzərək keçməyib. Dənizdə ona dəstək olacaq müşayiət gəmisinə üzgüçülük üzrə Azərbaycan yığmasının iki üzvü də qoşulacaq.

Buşbi 1998-ci ildə dünya səyahətinə yollanıb və artıq 58.000 kilometrlik səyahətinin üçdə ikisindən çoxunu qət edib.

Xəbər lenti