Xəzər Xəbər

İngiltərə millisinin baş məşqçisi istefa verib

İdman | 15:25 • 16 İyul 2024
İngiltərə millisinin baş məşqçisi istefa verib

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefa verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi “X” sosial media hesabında məlumat verilib.

Açıqlamada 2016-cı ildən milliyə rəhbərlik edən 53 yaşlı çalışdırıcının yığmadakı vəzifəsini tərk edəcəyi bildirilib.

Qeyd edək ki, İngiltərə seçməsi Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.

Xəbər lenti

Çox oxunanlar