Xəzər Xəbər

Ramil Şeydayev klubunu dəyişdi

İdman | 13:28 • 16 İyul 2024
Ramil Şeydayev klubunu dəyişdi

“Neftçi” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

Xezerxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.

Təcrübəli forvard yeni komandasında 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Türkiyənin "Kocaelispor" klubundan transfer edilən R.Şeydayev Azərbaycanda "Sabah" və "Qarabağ"ın da formasını geyinib.

Xəbər lenti