Futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində İspaniya və İngiltərə milli komandaları qarşılaşıb.
Xezerxeber.az xəbər verir ki, qarşılaşma İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.
Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.