Xəzər Xəbər

Bu gün Avropa çempionatının qalibi bəlli olacaq

İdman | 10:29 • 14 İyul 2024
Bu gün Avropa çempionatının qalibi bəlli olacaq

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün final oyunu keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, həlledici matçda İspaniya və İngiltərə yığmaları üz-üzə gələcəklər.

Berlin Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü fransalı FIFA referisi Fransua Leteksye idarə edəcək.

Pireneylilər sayca 4-cü, "Dumanlı Albion" təmsilçisi isə ilk qitə çempionluğunu qazanmağa çalışacaq.

Bu, iki komandanın öz aralarında 28-ci dueli olacaq. Əvvəlki matçların 10-u ispanların, 13-ü ingilislərin xeyrinə, 4-ü isə heç-heçə başa çatıb. Qolların nisbətində də İngiltərə millisinin üstünlüyü nəzərə çarpır - 45:32.

Xəbər lenti

Çox oxunanlar