Xəzər Xəbər

“Beşiktaş” tanınmış hücumçunu fantastik məbləğə transfer edib

İdman | 18:44 • 13 İyul 2024
“Beşiktaş” tanınmış hücumçunu fantastik məbləğə transfer edib

“Beşiktaş” italiyalı tanınmış futbolçu Çiro İmmobilenin transferini açıqlayıb.

Xezerxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qara qartallar” 34 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayıb.

Onun İstanbul təmsilçisindəki illik maaşı 6 milyon avro olacaq.

Qeyd edək ki, Çiro İmmobile “Beşiktaş”a İtaliyanın “Latsio” komandasından keçib.

Xəbər lenti

Çox oxunanlar