Futbol üzrə Uels millisinin yeni baş məşqçisi məlum olub.
Xezerxeber.az Uels Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu posta “Liverpul”un sabiq futbolçusu Kreyq Bellami gətirilib. Onunla 4 illik müqavilə imzalanıb.
O, son olaraq İngiltərənin “Börnli” komandasında köməkçi məşqçi işləyib.
Qeyd edək ki, Kreyq Bellami futbolçu kimi 1998-2014-cü illərdə Uels millisinin formasını geyinib və 78 oyunda 19 qol vurub.