Xəzər Xəbər

Fransa növbəti yarımfinalçı oldu AVRO-2024

İdman | 02:03 • 6 İyul 2024
Fransa növbəti yarımfinalçı oldu

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Xezerxeber.az xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (5:3) fransızlar yarımfinala yüksələrək İspaniyaya rəqib olublar.

Qeyd edək ki, İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da start götürəcək.

Xəbər lenti

Çox oxunanlar