Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubu ilə yollarını ayırıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Rahil Məmmədov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Azərbaycan futbolçusu 2024-cü ilin yanvarında “Qarabağ”dan Lodz klubuna keçmişdi.