Xəzər Xəbər

Almaniya və İsveçrə 1/4 finalda Avro-2024

İdman | 02:00 • 30 İyun 2024
Almaniya və İsveçrə 1/4 finalda

Bu gün Avro-2024-də 1/8 final mərhələsinə start verilib.

Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

İlk matçda İsveçrə və İtaliya milliləri üz-üzə gəlib. Oyun İsveçrə millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İsveçrə son Avropa çempionunu mübarizədən kənarlaşdıraraq 1/4 finala adlayıb. İsveçrə millisi bu mərhələdə İngiltərə - Slovakiya cütünün güclüsünə qarşı oynayacaq. 

Günün digər matçında isə Almaniya Danimarka ilə qarşılaşıb. Bu oyunda Almaniya millisi 2:0 hesablı qələbəyə sevinib və növbəti mərhələyə yüksəlib. Komanda 1/4 finalda İspaniya - Gürcüstan cütünün güclüsü ilə üz-üzə gələcək.

29 iyun

Avro-2024

1/8 final

20:00. İsveçrə - İtaliya - 2:0

Qollar: Freyler, 37, Varqas, 46

Baş hakim: Şimon Marçinyak (Polşa).

Berlin, Olimpiya stadionu.

23:00. Almaniya - Danimarka - 2:0

Qollar: Havertz, 53-pen; Musiala, 68

Baş hakim: Maykl Oliver (İngiltərə).

Dortmund, "Siqnal İduna Park" stadionu

Xəbər lenti