Xəzər Xəbər

İspaniya 1/8 finalada Avro-2024

İdman | 01:37 • 21 İyun 2024
İspaniya 1/8 finalada

Almaniyada təşkil olunan Avropa çempionatında daha bir oyun keçirilib.

Xezerxeberaz xəbər verir ki, B qrupunda turnirin favoritlərindən hesab olunan İspaniya və İtaliya yığmaları üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. İtaliya millisinin heyətində Rikkardo Kalafiorinin 55-ci dəqiqədə öz qapısına vurduğu top ispanlara qələbə qazandırıb.

Bu nəticə ilə xallarını 6-ya çatdıran İspaniya millisi 1/8 finala vəsiqə qazanıb. 3 xalı olan İtaliya seçməsi isə ikincidir.

Qeyd edək ki, bu qrupun əvvəlki oyununda Xorvatiya və Albaniya yığmaları məhsuldar heç-heçə ediblər - 2:2. Hərəyə 1 xalı olan komandalar 3-4-cü yerləri bölüşdürür.

Xəbər lenti